"Andrew's Ties Baku" yeni "SƏNƏM" kolleksiyasını təqdim edir
Yaylığın üzərində Xarı bülbül gülünün illüstrativ rəsmləri yer alıb
"Andrew's Ties" ticarət markasının Azərbaycan üzrə rəsmi təmsilçisi - "La Kravatta Baku" şirkətinin təşəbbüsü ilə İtaliyada Azərbaycana xas elementləri üzərində əks etdirən yaylıq hazırlanıb. ""SƏNƏM" kolleksiyası" adlandırılan bu yaylıqlar Azərbaycan xanımları üçün nəzərdə tutulub.
Yaylıqların üzərində Xarı bülbül gülünün yeddi müxtəlif prizmadan illüstrasiyası əks edilmişdir. Yaylığın ölçüsü 90sm x 90sm, çəkisi 51 qram, materialı tamamilə incə ipəkdəndir.
Yaylıq Şuşanın və bütövlükdə Qarabağın rəmzinə çevrilən Xarı bülbül gülünə həsr edilib.
Qeyd edək ki, bu məhsul "Andrew's Ties Baku"nun bu il üçün sayca üçüncü Qarabağ mövzusuna həsr etdiyi eksklüziv məhsuldur. Şirkətin sifarişi ilə avqust ayında "Qarabağ" və "Xarı bülbül" qalstukları hazırlanmışdı. 2014-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qarabağ xalçası", "Qarabağ kilimi" qalstukları da istehsal edilmişdi.