Məhsul səbətə əlavə olundu!

Rəsmi təmsilçi

İtaliyanın "Andrew's Ties" ticarət markasının (“Brend”) Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi “La Kravatta Baku” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“La Kravatta Baku” MMC Brendi Bakı şəhəri, S.Vurğun küçəsi 56-da yerləşən satış nöqtəsi ilə təmsil edir. Burada 1000-dən artıq qalstuk və digər kişi geyim aksesuarları sərgilənir və satılır.

“La Kravatta Baku” MMC əhaliyə pərakəndə satış xidməti göstərməklə yanaşı müəssisə və təşkilatlardan, banklardan, otellərdən korporativ sifarişlər də qəbul edir. Korporativ sifarişlər iki qrupa bölünür:

  • Korporativ geyim. Korporativ geyim dedikdə korporativ qalstuk və yaylıq nəzərdə tutulur.
  • Korporativ hədiyyə. Biz Sizin üçün gözəl hədiyyələr hazırlaya bilərik. Bura qalstuklar, yaylıqlar, köynəklər, dəri qalstuk qutuları və s. aksesuarlar aiddir.

“La Kravatta Baku” MMC bazarda rəqabətə davam gətirməklə yanaşı bazara təklif etdiyi məhsulların keyfiyyəti ilə seçilir. Bunun da bir səbəbi vardır. Çünki, biz İtaliya istehsalı olan mallar təklif edirik, biz “Made in Italy” təklif edirik.

Bizim biznes partnyorlarımız:

  • Yeni Azərbaycan Partiyası
  • Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  • Azərbaycan Beynəlxalq Bankı
  • Azər-Türk Bank ASC
  • Paşa Bank
  • Paşa Sığorta
  • Caspian Development Bank
  • SGS Azeri MMC
  • Paşa Holdinq
  • Garant Holdinq
  • Bank Technique ASC
  • Fairmont Flame Towers Baku Otel
  • Kapital Bank ASC
  • ASC “Xalq” Bankı
  • Baker Tilly Azərbaycan Audit
  • Park Inn Oteli
  • RealMed MMC
  • Ultra MMC
  • Toyota Bakı Mərkəzi
  • Qobustone MMC
  • İTECA Caspian
  • Azərinteltek QSC