- Haqqımızda
- Şərtlər və Qaydalar
- Çatdırılma
- Online satış
- Korporativ sifarişlər
- Qalstuk sifarişi
- Qalereya
- Qalstuk haqqında
- Xəbərlər
- Əlaqə
Korporativ hədiyyə dedikdə nəyi nəzərdə tuturuq? Bayram günlərində və ya təşkilatınız üçün önəmli günlərdə önəm verdiyiniz insanlara hədiyyə verməkdən çox veriləcək hədiyyənin formatı əsasən müşkül bir məsələyə çevrilir. Məhz bu səbəbdən biz Sizə bir neçə əsas hədiyyəlik məhsullarımızı təklif edirik.
Təşkilatınız üçün hazırlanmış korporativ qalstuk və ya yaylığın gözəl dizaynı şirkətinizin əməkdaşları üçün nəzərdə tutulur. Dizayn elə eleqant və gözəl formada ola bilər ki Şirkət rəhbərliyi onu hədiyyə kimi müştərilərinə və qonaqlarına verə bilər. Belə hədiyyə çox bəyənilir və o sevə sevə taxılır. Əgər dizayn loqo baxımdan çox gözə çarpırsa və hesab edilirsə ki, bu hədiyyə verilə bilməz onda aşağıdakıları Sizlərə təklif edirik:
1. Son kolleksiya ipəklərimizi Sizə təqdim edirik və Siz onları seçib adi qalstuk sifariş verirsiniz. Ancaq İtaliyada bu qalstukların arxa astar hissəsinin yarlığını Sizin şirkət üçün məxsusi hazırlanmış astar və yarlıqla əvəz edib tikirlər. Belə olan halda Siz astara və yarlığa əlavə pul ödəmirsiniz. Çünki, işçilər üçün qalstuk sifariş verəndə artıq bunlar tam hazır olaraq Sizin adınızda var idi. Yox əgər korporativ qalstuk və ya yaylıq sifariş verməmişdinizsə onda biz astarı və ya yarlığı Sizin üçün tərtib edirik və onu Sizin hədiyyəlik qalstuklarınızda istifadə edirik.
2. Verəcəyiniz hədiyyənin yadda qalan və sevilən olması baxımından təklif edirik ki, Azərbaycanımızın dünya muzeylərində saxlanılan nadir xalçalarından (məsələn Naxçıvan, Quba Şirvan, Qarabağ xalçaları) istədiyinizi qalstuk üzərinə keçirək. Biz Sizə nadir xalçaların şəkillərini təqdim edirik, Siz bu şəkillər içərisindən və ya özünüzün əhəmiyyət verdiyiniz hər hansı bir xalçanın şəklini bizə təqdim edirsiniz. Biz də həmin təsvirdə olan xalçanı İtaliya dizaynerlərinin və qalstuk ustalarının köməyi ilə qalstuk üzərinə köçürürük. Belə hədiyyə həm hədiyyə kimi və eləcə də Azərbaycan xalçaçılıq məktəbinin (Naxçıvan xalaçalarının) təbliği üçün çox əhəmiyyətlidir. İstənilən qonağa verilən belə bir hədiyyə Azərbaycan Mədəniyyətinin və İncəsənətinin təbliği, xüsusəndə xalçalarımızın tanınmasına və özgəninkiləşdirilməməsi baxımından çox əhəmiyyətlidir.
3. Dəri qalstuk qabları. Bu qabların içərisinə iki ədəd qalstuk yerləşir. Sizin üçün hazırlanacaq dəri qalstuk qabının üzərində Sizin təşkilatınızın loqosu həkk edilir və bu Sizin hədiyyə edəcəyiniz qalstukları qoymaq üçün gözəl bir qab olmaqla yanaşı hədiyyəni qəbul edən şəxsə əvəzedilməz aksesuar olur.
Bizim hədiyyələri insanlar səbirsizliklə gözləyirlər çünki həm praktikdir və həm də gözəl.