- Haqqımızda
- Şərtlər və Qaydalar
- Çatdırılma
- Online satış
- Korporativ sifarişlər
- Qalstuk sifarişi
- Qalereya
- Qalstuk haqqında
- Xəbərlər
- Əlaqə
“Gözəl bağlanmış qalstuk həyatda atılmış ilk ciddi addımdır” - Oskar Vayld
“Andrew’s Ties” ticarət markası 1991-ci ildə yaradılıb. Yüksək texnologiya və əl əməyinin birgə məhsulu olan qalstuklar İtaliya istehsalıdır. Müasir avadanlıqların sayəsində “Andrew's Ties” komandasının ekspertləri ipək, kətan və ya yun parçalardan yüksək keyfiyyətli və davamlı məhsullar ərsəyə gətirirlər.
“Andrew’s Ties” qalstukları həmçinin canlı rəngləri, boğazda rahat duruşu, səliqəliliyi ilə fərqlənir. Rəngləri qorumaq və yumşaqlığı saxlaya bilmək üçün parça, buxarlama, yuma, haşiyələmə kimi proseslərdən ekspertlərin nəzarəti altında keçirilir. Bizim qalstuklarımız üslubu, dəbi, eleqantlığı, keyfiyyəti ilə fərqlənən birinci sinif kateqoriyalıdır.
Müştəri məmnuniyyəti bizim üçün ən böyük prioritetdir
Bizim işimiz təkcə estetiklik baxımdan yüksək nəticə əldə etməklə yekunlaşmır: atelyelərimiz daim qalstukların daxili strukturu üçün də yeni və eleqant həll yollarını tədqiq edirlər. Yun və pambıq kimi təbii liflərdən istifadə edildiyindən məhsulun istifadəsi komfortlu olur, yumşaqlığı, davamlılığı artır. Bizim işimizin nəticələri yalnız tələb etdiyimiz yüksək standartlara çatdıqda qalstuklar İtaliyanın “Andrew's Ties” ticarət markası yarlığını əldə edirlər.
Hər zövqə, hər məkana, hər geyimə uyğun - həqiqətən də hamı üçün “Andrew's Ties” qalstuku var: klassik görünüşdən idman üslubuna qədər.
Hazırda “Andrew’s Ties” dünya bazarında 100-dən çox satış nöqtəsi ilə təmsil olunur. Azərbaycanda və Gürcüstanda təmsilçilik hüququ “La Kravatta Baku” şirkətinə məxsusdur.
İtaliya istehsal üslubu, dəbi və eleqantlığı – “Andrew's Ties” qalstukunun xarakteridir.