Məhsul səbətə əlavə olundu!

Korporativ qalstuklar və yaylıqlar

Korporativ qalstuk və yaylıq dedikdə nə nəzərdə tutulur?

Hər bir sahibkar və ya müəssisə rəhbəri öz əməkdaşlarının geyimində bir nizam yaratmaqla, onları yaraşıqlı və gözəl geyimlə təchiz etməklə biznesinin və ya müəssisəsinin imicinə dəyəri artırmış olur.

Məhz bunu nəzərə alıb biz təşkilatınızın korporativ elementlərinin (loqo, ornament və rənglər) tələblərindən irəli gələn, ən son dəbdə olan qalstuk dizaynı konseptində İtaliya dizaynerləri tərəfindən ərsəyə gələn qalstuklar və yaylıqlar hazırlayırıq. Sizin qalstuk və yaylıqlarınız o qədər gözəl olacaq ki, mövcud korporativ qalstuk və yaylıq stereotipi aradan qalxacaq, əməkdaşlarınız həmin qalstuk və yaylıqları sevə-sevə geyinəcəklər.

Bu gün bazarda mövcud “microfiber”dən olan Türk və Çin malı təklif etmirik. Məhsullarımız 100% ipək materialdan, əl işi olmaqla yüksək italyan texnologiyası ilə İtaliyada istehsal edilir.

Biz Sizin zövqünüzə bələdik. Biz Sizin istəyinizi bilirik. Biz Sizi düşünərək yaradırıq. Sizə dəyər veririk!