Niyə məhz qalstuk? Niyə məhz "Andrew's Ties"?
Ekspert və “Andrew’s Ties” brendinin Azərbaycanda rəsmi təmsilçisi “La Cravatte Italiana” MMC-nin təsisçisi - Yavər Məmmədovla müsahibə
Sual: Yavər müəllim, bilirik ki, Bakı şəhərində gözəl bir qalstuk dükanı açmısınız. Qısa müddətdir açılmasına baxmayaraq səs sorağı geyim həvəskarlarının dilindən eşidilir. Neçə ildir ki, bizneslə məşğul olursunuz? Və nə üçün məhz qalstuk?
Cavab: Bildirmək istəyirəm ki, biznesdə atdığım ilk addımdır. Bu növ bizneslə məşğul olmağa məni sövq edən qalstuka olan böyük marağımdır. Bütün dostlarım bilir ki, mən qalstuku çox sevirəm. Məhz bu səbəbdən də bu günə qədər mənim hədiyyələrim yalnız qalstuk olub.
Bir az qalstukun yaranma tarixi barədə məlumat verim. 1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlərin boğazlarına rəngli dəsmallar bağlanılmışdı. Bu onların xanımları tərəfindən bağlanılmışdı. Əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar. Bu dəsmallar romalılar dövründə səs tellərini isti saxlamaq üçün taxılan dəsmallara oxşayırdı. Kral bunu çox bəyəndi və özü də krallıq qalstukları taxan bir ordu qurdu. Qalstuk sözü "Kroatdan" əmələ gəlib. Bu “krovat” sözünün əmələ gəlməsi tarixçəsi idi. Amma qalstuk sözünün özü rus dilinə və oradan da Azərbaycan dilinə Holland sözü halsdoek və alman sözü Halstuch “boğaz yaylığı” sözlərindən keçib.
Sual: Azərbaycanda qalstuka tələbat necədir?
Cavab: Kişi geyiminin klassik aksesuarı kimi qalstuk Azərbaycanda geniş istifadə edilir. İstər rəng, istər naxış və istərsə də forma baxımından qalstuklar müxtəlif olur. İnsanların qalstuka tələbi olduqca müxtəlifdir. Bu müxtəliflik insanları fərqli seçim etməyə sövq edir. Seçim edərkən insanlar geyimlərinə uyğun seçim etməli olsalar belə, onların psixoloji durumu, düşüncə tərzi və əhvalı bu seçimə öz təsirini edir. Bəzi insanlar qara, tünd göy və boz rəngə üstünlük verdikləri halda bəziləri qırmızı, narıncı və sarı rənglərə üstünlük verir. Bu müxtəlif tələblər insanları daim qalstuk axtarışına çıxarır. Onlar daim fərqli bir qalstuk axtarırlar.
Sual: Azərbaycanda geniş çeşidli qalstuk bazarı varmı?
Cavab: Əlbəttə yüksək keyfiyyətli xalis ipəkdən tikilmiş, alıcının tələblərinə cavab verən qalstuk tapmaq indi daha mürəkkəbdir. Azərbaycan bazarında mikrofiber və digər az keyfiyyətli materialdan hazırlanmış qalstuklar keyfiyyətcə zəif olsa belə, qiyməti mən deyərdim, heç də aşağı deyil. Bir sıra brend qalstuklar var ki, onların da qiymətləri 100 manatdan başlayır. Nəzərə alsaq ki, belə qalstuklar tələblərə cavab verir onda problem qalır onun qiymətində. Dövlət müəssisələrində, kiçik və orta biznes strukturlarında çalışanlar öz aylıq məvaciblərindən belə məbləği qalstuk almağa ayıra bilməyəcəklər desək, yanılmarıq. Onda belə çıxır ki, ölkəyə gətirilən keyfiyyətli brend qalstukları yalnız müəyyən qrup insanlar ala bilər. Bakıda elə bir dükan yoxdur ki, orada yalnız qalstukları seyr edəsən, istədiyini axtarıb tapasan. Bir qalstuk üçün bir neçə ticarət mərkəzinə yollanırsan, parkinq problemi ilə üzləşirsən və nəhayət, istədiyini tapmayanda məyus olub geri qayıdırsan.
Sual: Niyə məhz “Andrew’s Ties”?
Cavab: Fikirləşirdim ki, Bakıda Milanın Qalleriya Vittorio Emanuel II ticarət məkanında yerləşən bir qalstuk dükanının Bakıda surətini yaradım. Bu düşüncə ilə 12 ildir tanıdığım, yaxın dostluq münasibətində olduğum bir İtalyan ailəsinə məxsus qalstuk brendini Azərbaycana gətirmək qərarı verdim. Brendin konsepsiyası belədir ki, hamı ipək italyan qalstukları taxmaq imkanı əldə etsin. Bu “Andrew’s Ties” brendidir. Brendə məxsus, qiymət baxımından sərfəli və yüksək keyfiyyətli italyan qalstukları artıq neçə illərdir ki, dünyada böyük maraq yaratmışdır. Amma brendi düzgün təmsil etmək üçün Bakıda məkan seçmək lazım idi. Elə bir məkan ki dükanın icarə haqqı satılacaq qalstukun qiymətinə ciddi təsir etməsin. Əks halda qiymət konsepsiyaya zidd olardı.
Nəhayət ki, bu arzumu reallaşdırdım və 12 ildən sonra “Andrew’s Ties” brendinin Bakı şəhərində Səməd Vurğun küçəsi 56-da butikini açdım. Qiyməti orta bazar qiymətindən 40 faiz aşağı, yüksək keyfiyyətli ipəkdən əl ilə tikilmiş qaltuklar eyni rəng və eyni naxışda cəmi 36 nüsxə istehsal olunur, nömrələnir. Nəzərə alsaq ki, bu brend dünyada 100-dən çox dükana məxsusdur, onda həmin 36 ədəddən neçəsinin hansı mağazaya düşəcəyi məlumdur.
Butik nəinki satış məkanı, mən deyərdim qalstuksevərlərin sevimli məkanına çevrilmişdir. Çünki burada istənilən rəng, istənilən naxışda qalstuk tapmaq mümkündür. Ən mürəkkəb rəng kombinasiyalı geyimlərə belə, bizdə qalstuk həlli tapmaq mümkündür. Burada insanlar qalstuk almaqla bərabər, onu yaxşı bağlamağı da öyrənirlər. Hər bir kişi öz qalstukunu mükəmməl bağlamağı bacarmalıdır. Özü də bir neçə formada. Oskar Vayldın təbirincə desək: “Yaxşı bağlanmış qalstuk həyatda atılmış ilk ciddi addımdır”.