Məhsul səbətə əlavə olundu!

"Andrew's Ties Baku" "Qarabağ"ı mükafatlandırdı

"İmarət" fan-klubunun ilin yekunları ilə bağlı tədbirində "Andrew's Ties Baku" da iştirak edib

"Andrew's Ties Baku" "İmarət" fan-klubunun dəvəti ilə dekabrın 14-də "Qarabağ" futbol klubu üçün hazırlanmış ilin yekunu tədbirində iştirak edib. Sayca 6-cı olan toplantıda öncə Azərbaycanın milli qəhrəmanı, eyni zamanda "Qarabağ"ın futbolçusu ve baş məşqçisi olmuş Allahverdi Bağırova aid videoçarx nümayiş olunub.

Daha sonra çıxışlar dinlənilib. "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, tanınmış idman jurnalisti Rövşən Binnətli, "Qarabağ"ın sabiq prezidenti Yunis İldırımzadə, millət vəkili Fazil Mustafa, "Qarabağ"ın sabiq məşqçisi Adil Nadirov və "İmarət"in qadınlar bölməsinin rəhbəri İnarə Əhmədova öz fikirlərini bölüşüblər.

"Andrew's Ties Baku"-nun rəhbəri Yavər Məmmədov da çıxış edərək, "Qarabağ" klubun uğurlarından danışıb və 2015-ci ildə əlamətdar hadisələrdən olan "Qarabağ" seriyasından iki qalstukun "Qarabağ" və "Xarı bülbül" istehsal edilməsindən söz açıb. Çıxışının sonunda Yavər Məmmədov "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanova və komandanın kapitanı Rəşad Sadıqova "Qarabağ" qalstuku ərməğan edib.