Məhsul səbətə əlavə olundu!

Andrew’s Ties Baku butikinin sahibi Yavər Məmmədov tərəfindən Azərbaycanımızın tanınmış sənətkarları mükafatlandırılıb

“Qarabağ”, “Xarı Bülbül”, “Qarabağ xalçası və kilimi”, “Azərbaycan Narı”, “Qobustan” qalstuklarının, eləcə də “Xarı Bülbül”, “Azərbaycan Narı” və “BANU” yaylıqlarının müəllifi, Andrew’s Ties Baku butikinin sahibi Yavər Məmmədov tərəfindən Azərbaycanımızın tanınmış sənətkarları mükafatlandırılıb.

 

15 sentyabr 2017-ci il tarixdə, Bilik günündə eləcə də, Azərbaycan profesional musiqisinin banisi, şərqdə ilk operanın müəllifi dahi Üzeyir bəyin doğum günü və Milli Musiqi günü ərəfəsində Azərbaycanımızın tanınmış sənətkarları, Azərbaycan Milli Konservatoriyasının müəllimləri, Qarabağ muğam üçlüyünün üzvləri, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Haşımov, Elnur Əhmədov müəllif tərəfindən “Xarı Bülbül” qalstukunun ən son kolleksiyası, səhnəmizin Leylisi, sevimli sənətkarımız, Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurova isə Xurşudbanu Natəvana və Qarabağa həsr olunan “BANU” yaylığı ilə mükafatlandırıldı.

Andrew’s Ties Baku bu silsilə tədbirləri davam etdirəcək, Azərbaycan Mədəniyyətinin və İncəsənətinin inkişafında əvəzsiz xidmətləri olan insanları daim mükafatlandıracaqdır.

“Xarı Bülbül” qalstukunun ən son kolleksiyası Brendin Səməd Vurğun küçəsi 56 ünvanda yerləşən butikində satışa çıxarılıb.

© Bütün hüquqlar qorunur