"Andrew’s Ties Baku" 2 yaşını qeyd etdi!
Məşhur İtaliya brendi “Andrew’s Ties”in Bakıdakı rəsmi təmsilçisi “Andrew’s Ties Baku” 2 yaşını qeyd edib.
Tədbir şirkətin qalstuk satışı üzrə ixtisaslaşan mağazasında – Səməd Vurğun küçəsi, 56 ünvanında baş tutub. Mərasimə dükanın müştəriləri, bir sıra şirkət rəhbərləri və tanınmış şəxslər dəvət olunublar. Tədbiri giriş sözü ilə açan şirkətin direktoru Yavər Məmmədov il ərzində həyata keçirilən layihələrdən danışıb.
Qeyd edək ki, “Andrew’s Ties” brendi 1991-ci ildən fəaliyyətə başlayıb. Dünyada 100-dən çox satış nöqtəsi ilə təmsil edilir. Azərbaycanda rəsmi mağazası 2013-cü ilin oktyabrın 10-da açılıb. Şirkət bu günə kimi Azərbaycanda 19 iri müəssisə, şirkətlərin qalstuk təminatını həyata keçirir. 2015-ci ildə İtaliyada istehsal edilən “Qarabağ” və “Xarı bülbül” qalstukları ilə gündəmdədir.