- Haqqımızda
- Şərtlər və Qaydalar
- Çatdırılma
- Online satış
- Korporativ sifarişlər
- Qalstuk sifarişi
- Qalereya
- Qalstuk haqqında
- Xəbərlər
- Əlaqə
“Banu” kolleksiyası adlanan bu yaylıq XIX əsrdə Qarabağla bağlı 7 tarixi hadisəni, eləcə də Qarabağa, Şuşaya böyük qayıdışı təmsil edən illüstrasiyalardan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan ibarətdir. Yaylığın perimetrində Qarabağın işğaldan azad olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks edilmişdir.
Yaylığın kənarlarında Qarabağ Xanı ilə Rus Generalının saziş imzalaması səhnəsi, Xarı bülbül gülləri, Qarabağ xalçalarının ticarəti səhnəsi, Cıdır düzündə Novruz şənliyi, Tar, Kaman və Qaval, Qarabağın məşhur muğam üçlüyü, Xurşidbanu Natəvanla Aleksandr Dümanın görüşü, Qarabağ atları, Cıdır və Çövqan oyunu səhnəsi, Qalxan və qılınc və nəhayət sonda Qarabağa, Şuşaya böyük qayıdışı simvolizə edən səhnə əks edilmişdir.
Yaylığın mərkəzində Qarabağın məşhur xalçalarından birinin önündə əyləşmiş və Azərbaycan xanımını simvolizə edən xanım obrazı əks edilmişdir.
Yaylıq 90 sm ölçüdə olmaqla kvadrat formadadır, İtaliyada yüksək keyfiyyətli ipəkdən istehsal edilmişdir. Yaylığın nəfis tərtibatlı qutusu və yaylıq üzərində olan bütün elementlərin ətraflı izahı verilmiş kitabçası vardır.